AZ

Tramp Venesueladan sonra 4 ölkəni hədəf aldı: Təhdid kimi xəbərdarlıq

Tramp
ABŞ-nin Venesuelaya hərbi müdaxiləsinin ardından Prezident Donald Tramp 4 ölkəni hədəf alan yeni açıqlamalarla çıxış edib. 1news.az "cnnturk.comt"yə istinadən xəbər verir ki, Donald Trampın son bəyanatlarında qeyd olunub.
Məlumata görə, Tramp Kolumbiya Prezidenti Qustavo Petroya qarşı ağır ifadələr işlədərək, onu "kokain hazırlamağı sevən xəstə adam" adlandırıb və onun bu fəaliyyəti "çox uzun müddət davam etdirə bilməyəcəyini" deyib. O, Kolumbiyaya qarşı mümkün hərbi əməliyyat barədə suala "bu, mənə yaxşı görünür" deyərək cavab verib. Tramp, həmçinin ABŞ-yə cənub qonşusu olan Meksikanı da hədəf alaraq, narkotik vasitələrin ölkəyə "axın etdiyini" və bu məsələ ilə bağlı mütləq "nəsə edilməli olduğunu" vurğulayıb. Kuba haqqında danışarkən isə Tramp, ada ölkəsinin "öz-özünə çökəcəyini" və bu sistemin Kuba üçün heç vaxt yaxşı nəticə vermədiyini irəli sürüb.

Bundan başqa, Donald Tramp Qrenlandiyanın "çox strateji" yer olduğunu, hazırda Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu bildirib. Qrenlandiyaya qarşı mümkün ABŞ müdaxiləsi barədə suala cavab verən Tramp: "Milli təhlükəsizliyimiz baxımından Qrenlandiyaya ehtiyacımız var və Danimarka bunu başaramayacaq", - deyə əlavə edib. Trampın bu bəyanatları bölgədə və beynəlxalq arenada ciddi narahatlıq yaradıb.

Seçilən
69
50
1news.az

10Mənbələr