AZ

Çin ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatlarınıPİSLƏDİ

Çin ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi hərbi əməliyyatı qınayıb.

Redaktor.az xəbər verir ki, hadisələrin beynəlxalq aləmdə böyük diqqət çəkdiyini Çinin xarici işlər naziri Van İ bəyan edib.

Nazirin sözlərinə görə, heç bir ölkə beynəlxalq polis rolunda çıxış etməməlidir. Vaşinqtonun Karakasa qarşı hücumuna toxunan Van İ bildirib ki, Çin hər hansı bir dövlətin özünü “beynəlxalq hakim” kimi aparması ilə razı deyil.

O vurğulayıb ki, mövcud beynəlxalq vəziyyət getdikcə daha mürəkkəb və qeyri-sabit xarakter alır, bütün ölkələrin suverenliyi və təhlükəsizliyi isə beynəlxalq hüquqla tam şəkildə qorunmalıdır.

Biz beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya güc tətbiqi hədəsinə, həmçinin bir ölkənin öz iradəsini digərinə zorla qəbul etdirməsinə ardıcıl şəkildə qarşıyıq”, - deyə Çinin xarici işlər naziri qeyd edib.

Aytəkin TOFİQQIZI

Seçilən
85
50
redaktor.az

10Mənbələr