“ABŞ-ın Qrenlandiyanı ələ keçirəcəyi barədə dediyi tamamilə mənasızdır. Ağ Evin Danimarka Krallığını təşkil edən üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur. Buna görə də mən ABŞ-a səslənirəm ki, tarixi baxımdan yaxın müttəfiqinə, eləcə də başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoysun. Onlar satılmadıqlarını açıq şəkildə bəyan ediblər”.
Paralel.az xəbər verir ki , bunu Danimarkanın baş naziri Mette Frederiksen müraciətində bildirib.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə açıqlamasında qeyd edib:
“ABŞ prezidenti “bizə Qrenlandiya lazımdır” deyəndə və bizi Venesuela ilə, hərbi müdaxilə ilə əlaqələndirəndə, bu sadəcə yanlış deyil, hörmətsizlikdir.”
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta