“ABŞ-ın Qrenlandiyanı ələ keçirəcəyi barədə dediyi tamamilə mənasızdır. Ağ Evin Danimarka Krallığını təşkil edən üç ölkədən heç birini anneksiya etmək hüququ yoxdur. Buna görə də mən ABŞ-a səslənirəm ki, tarixi baxımdan yaxın müttəfiqinə, eləcə də başqa bir ölkəyə və xalqa qarşı təhdidlərə son qoysun. Onlar satılmadıqlarını açıq şəkildə bəyan ediblər”.
Bizim.Media xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen müraciətində bildirib.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə açıqlamasında qeyd edib:
“ABŞ prezidenti “bizə Qrenlandiya lazımdır” deyəndə və bizi Venesuela ilə, hərbi müdaxilə ilə əlaqələndirəndə, bu sadəcə yanlış deyil, hörmətsizlikdir.”
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta