AZ

ABŞ-ın Venesueladakı əməliyyatı zamanı 32 kubalı həlak olub

ABŞ-ın

ABŞ-ın Venesuelada Prezident Nikolas Maduronun saxlanılması üçün keçirdiyi əməliyyat zamanı 32 Kuba vətəndaşı həlak olub.

APA-a “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Kuba hökumətindən bildirilib.

Məlumata görə, ölənlərin hamısı Kuba silahlı qüvvələri və kəşfiyyat orqanlarının əməkdaşlarıdır.

Havana yanvarın 5 və 6-da həlak olanların xatirəsinə matəm elan edib. Rəsmi açıqlamada bildirilib ki, kubalılar birbaşa döyüşlər və obyektlərin bombalanması nəticəsində ölüblər.

Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı Cilia Flores ABŞ qüvvələri tərəfindən Karakasda saxlanılaraq ABŞ-a aparılıb. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.

Seçilən
12
50
xalqcebhesi.az

10Mənbələr