Qabriel Borik regiondakı siyasi qeyri-sabitlik və beynəlxalq təhlükəsizlik barədə xəbərdarlıq edib...
Poliqon xəbər verir ki, Çilinin prezidenti Qabriel Borik Venesuela hadisələrinə münasibət bildirib.
Çili prezidenti vurğulayıb ki, regionda baş verən siyasi böhran və xarici müdaxilələr yalnız bir ölkəni deyil, bütün Latın Amerikası və qlobal cəmiyyət üçün risk yaradır.
“Bu gün Venesuela. Sabah bu, hər kəs ola bilər”, deyə Borik vurğulayıb.
Çili prezidenti qeyd edib ki, Venesueladakı vəziyyət digər dövlətlər üçün də nümunə ola bilər və beynəlxalq birlik ölkələrin suverenliyinə hörmətlə yanaşmalı, qarşılıqlı dialoq və diplomatik yollarla problemlərin həllinə çalışmalıdır. Onun sözlərinə görə, beynəlxalq hüququn və insan haqlarının qorunması, həmçinin bölgədə stabilliyin təmin edilməsi hər bir ölkənin məsuliyyətidir.
Poliqon.info