AZ

ABŞ-nin Maduroya etdiyi Rusiyanı həvəsləndirdi – İki ölkənin liderini hədələdilər

BAKI, 5 yanvar. TELEQRAF

Rusiya ABŞ-nin Venesuelada keçirdiyi hərbi əməliyyatı pislədiyini bəyan etsə də, bu bəyanatlar kifayət qədər şablon və standart xarakter daşıyıb, Kreml rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin reaksiyası isə olduqca təmkinli olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

Rusiya və Belarusun xarici işlər nazirləri Sergey Lavrov və Mixail Rijenkov yanvarın 3-də ABŞ-nin addımlarını standart formada pisləyərək, Vaşinqtonu Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ölkələrinə geri qaytarmağa çağırıblar.

Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev ABŞ-nin hərbi əməliyyatını kəskin tənqid edərək, Prezident Donald Trampı beynəlxalq hüququ pozmaqda ittiham edib və Nikolas Maduronu dəstəklədiyini bildirib. Medvedev ABŞ əməliyyatından Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenskiyə hədə-qorxu gəlmək üçün istifadə edib.

Rusiya Dövlət Dumasının deputatları da Venesueladakı əməliyyatı tənqid edərək, ABŞ-nin Qərb yarımkürəsində dövlətlərin suverenliyini rədd etdiyini və Venesuelanın neft ehtiyatlarına nəzarət qurmağa çalışdığını deyiblər.

ISW-nin analitiklərinin fikrincə, Rusiyanın ABŞ-nin Venesueladakı əməliyyatına reaksiyası indiyədək şablon xarakter daşıyıb:

“Görünür, Kreml digər dövlətlər üçün tərəfdaş kimi nüfuzunu qorumaqla Tramp administrasiyasına xoş gəlmək cəhdlərini davam etdirmək arasında balans yaratmalı olacaq”.

Seçilən
46
50
teleqraf.com

10Mənbələr