Azərbaycanda siqaretlərin qiyməti artıb. "Winston Xstyle Blue", "Winston Xstyle", "Silver Winston", "Xstyle Caster", "Winston Xstyle DUAL, "Winston XS Silver", "Sobranie Blue", "Sobranie White", "Sobranie Blues", "Sobranie Blacks", "Sobranie Whites" və s. kimi bir çox siqaretlərin qiymətlərində artım müşahidə edilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, bu, yanvarın 1-dən tətbiq edilən aksiz qiymətləri ilə bağlıdır:
“Bununla əlaqədar olaraq qiymətlərdə artım müşahidə edilir. Bəzi tütün məmulatlar üzrə 1000 ədədi 16 manatdan 25 manata qaldırılıb. Bu 30 faizə yaxın artımdır. Təbii olaraq ümumi siqaret qiymətlərinin bahalaşmasına təsirini göstərib”.
Xatırlatma: Yeni ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Şəhanə Quliyeva