AZ

Venesueladakı hadisələrdən sonra neftin qiyməti düşür və Brent markalı neftin qiyməti 60,5 dollara satılır

Neft qiymətləri, investorların ötən həftə sonu Venesuelada baş verən dramatik hadisələrin təsirini qiymətləndirməsi ilə düşdü.

QHT.az xəbər verir ki, Londonun ICE Futures birjasında mart ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,25 dollar (0,41%) azalaraq 60,50 dollar/barel təşkil edir. Ötən cümə günü bu müqavilələr 0,10 dollar (0,16%) azalaraq 60,75 dollar/barel təşkil edib.

Nyu-York Ticarət Birjasında (NYMEX) fevral ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti elektron ticarətdə 0,30 dollar (0,52%) azalaraq bir barel üçün 57,02 dollara düşüb. Əvvəlki sessiyada onların qiyməti 0,10 dollar (0,17%) azalaraq bir barel üçün 57,32 dollara düşüb.
 
R.İmanov
Seçilən
74
32
qht.az

10Mənbələr