AZ

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

"Far.Az" xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra gerçəkləşib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Qeyd edək ki, Tunis seçməsi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.

Seçilən
61
5
far.az

10Mənbələr