AZ

Cəlilabadda 36 yaşlı məmurun meyiti tapıldı - FOTO

Cəlilabad rayonunda evdən kişi meyiti tapılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Ziya Muradovun meyiti ötən gün şəhər ərazisində qardaşına məxsus evdə aşkar edilib.

Qeyd edək ki, Z.Muradov Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini imiş.

Onun vəfat səbəbi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizim.Media

Seçilən
39
50
bizim.media

10Mənbələr