AZ

Afrika Millətlər Kubokunda mübarizəni dayandıran yığma baş məşqçini qovdu

BAKI, 5 yanvar. TELEQRAF

Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

Teleqraf xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna səbəb yığma komandanın Afrika Millətlər Kubokunda mübarizəni dayandırması olub.

Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 57 yaşlı mütəxəssisin məşqçilər korpusu da milli komandadan ayrılıb.

Tunis seçməsi Afrika Millətlər Kubokunun C qrupunda dörd xalla ikinci yeri tutub. Komanda 1/8 finalda Maliyə (əsas vaxt 1:1, penaltilərdə 2:3) məğlub olub.

Qeyd edək ki, Sami Trabelsi 2025-ci ilin fevralından bəri Tunis yığmasının baş məşqçisi idi. Onun rəhbərliyi altında keçirilən 18 matçda milli komanda 10 qələbə qazanıb, dörd heç-heçə edib və dörd dəfə məğlub olub.

Seçilən
64
50
teleqraf.com

10Mənbələr