Donald Tramp Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.
"Yeni Sabah" xıbır verir ki, ABŞ Prezidenti jurnalistlərə deyib:
ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyinə inanmadığını bildirib.
“Bunun baş verdiyinə inanmırıq. Sadəcə ümid edirik ki, Rusiya və Ukrayna bunu həll edə bilər".
Ukraynadakı vəziyyətin həllindən danışan Tramp qeyd edib ki, vaxt çərçivəsi qoymur. O, ümid etdiyini bildirib ki, Kiyev və Moskva atəşkəs əldə edəcəklər.
Xatırladaq ki, dekabrın 29-na keçən gecə Ukrayna Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına hücum etdiyi barədə məlumat yayılıb.
Telegram kanalımız