AZ

ABŞ Kolumbiyada hərbi əməliyyat keçirə bilər

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib.APA xəbər verir ki, o, bu barədə Uest-Palm-Biçdən Vaşinqtona uçarkən jurnalistlərə açıqlama verib.

Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran Tramp Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib.Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək.

ABŞ-ın Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib.

Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib.O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”.

ABŞ-ın Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
50
apa.az

10Mənbələr