AZ

ABŞ dövlət katibi və müharibə naziri Venesuela üçün hökumət yaradır

ain.az, Azpost saytına istinadən bildirir.

ABŞ Dövlət katibi Marko Rubio, ABŞ müharibə naziri Pit Heqset və Ağ Ev Aparatının rəis müavini Stiven Miller Venesuela üçün idarəetmə sistemi hazırlayırlar.

AzPost bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

“Prezidentin Rubio, Miller və Heqset də daxil olmaqla milli təhlükəsizlik komandası post-Maduro dövründə Venesuela üçün idarəetmə strukturu hazırlayır” – deyə nəşr bildirir.

Məqalə müəlliflərinin qeyd edir ki, Tramp hələ Venesueladakı keçid hökumətinin necə olacağını, ABŞ-ın ölkənin iqtisadi yenidən qurulması üçün pul ödəmək niyyətində olub-olmadığını və ya Pentaqonun Venesuelaya qoşun yerləşdirib-yerləşdirməyəcəyini açıqlamayıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
50
azpost.info

10Mənbələr