GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin dərhal azadlığa buraxılmasını tələb edib.
Globalinfo.az xəbər verir ki, nazir bu barədə Maduronun Teleqram kanalında yayımlanan videoçıxışı zamanı bəyanat verib.
Onun sözlərinə görə, Venesuela Silahlı Qüvvələri ölkənin konstitusiya Prezidentinin və birinci xanımın azad olunmasını qətiyyətlə tələb edir.
“Venesuela Silahlı Qüvvələri Bolivar Respublikasının konstitusiya Prezidenti Nikolas Maduronun dərhal azadlığa buraxılmasını tələb edir. Prezident Nikolas Maduro və birinci xanım Siliya Flores qaçırılıb”, – deyə Vladimir Padrino Lopez bildirib.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.