AZ

Nigeriyada yaraqlılar 30-dan çox insanı öldürüblər

Ajans.az-ın məlumatına görə, bu barədə "Vanguard News" portalı xəbər yayıb. Bu arada yerli sakinlər 37 nəfərin öldüyünü bildirirlər. Girov götürülənlərin sayı araşdırılır. Məlumata görə, silahlı şəxslər motosikletlərlə Niger ştatında yerləşən Kasuvan-Daji qəsəbəsinə basqın edərək, nizamsız atəş açıblar. Onlar mağazaları talan ediblər və yerli bazarı yandırıblar.

Nigeriyanın müxtəlif yerlərində fəaliyyət göstərən böyük dəstələr soyğunçuluq, qətl, girov götürmə və mal-qara oğurluğu ilə məşğuldurlar.

Seçilən
152
6
Ajans.az

10Mənbələr