AZ

Türkiyə və Səudiyyə Ərəbistanı regional və beynəlxalq məsələləri müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə SəudiyyəƏrəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındatelefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə PrezidentAdministrasiyasının Kommunikasiya İdarəsi xəbər verib.

Məlumata sasən, danışıq zamanı tərəflər ikitərəflimünasibətlərin hazırkı vəziyyətini, eləcə də aktual regional vəbeynəlxalq məsələləri müzakirə ediblər.

R.T. Ərdoğan Ankaranın Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındaəməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək istəyinivurğulayıb.

O, həmçinin Türkiyənin Somali və Yəməndəki vəziyyəti yaxındanizlədiyini qeyd edərək, bölgədə sabitliyin təmin edilməsi üçün buölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyinivurğulayıb.

Seçilən
123
3
az.trend.az

10Mənbələr