AZ

Nigeriyada kəndə hücum: 37 nəfər öldürüldü

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nigeriyanın şimalındakı Niger ştatının Kasuvan-Daji kəndinə silahlı şəxslərin hücumu nəticəsində 37 nəfər öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə “Vanguard Nyus” portalının məlumatında deyilir.

Nəşrin qeyd etdiyi kimi, silahlılar həmçinin bir neçə sakini girov götürüblər və onların sayı araşdırılır.

Bildirilib ki, silahlı şəxslər motosikletlərlə kəndə daxil olub və ətrafa atəş açıblar. Onlar mağazaları talan edib və yerli bazarı yandırıblar.

Qeyd edək ki, Nigeriyanın müxtəlif yerlərində böyük silahlı dəstələr soyğunçuluqla məşğul olur, insanları öldürür, girovları fidyə üçün saxlayır, müxtəlif şantajlar tətbiq etməklə sakinləri qorxudurlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
27
sherg.az

10Mənbələr