AZ

Beynəlxalq koalisiya qüvvələri İraqdakı bazasını yaxın günlərdə təhvil verəcək

Qahirə, 4 yanvar, AZƏRTAC

İraqda (qruplaşmaların əlindəki) silahların dövlətə təslim edilməsi suverenliyin möhkəmlənməsinə töhfə verir. Tərksilah olunma İraqa qarşı deyil, əksinə, ölkənin qorunması və ona təcavüz etmək istəyənlərin bəhanələrinin kəsilməsi üçündür.

AZƏRTAC xəbər verir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiyaa əs-Sudani deyib.

İsraili İraqla bağlı “planını həyata keçirməyi planlaşdırmaqda” ittiham edən Baş nazir ölkəsinin regional sabitliyin əsas sütunu olduğunu bildirib.

Məhəmməd Şiyaa əs-Sudani İraqda beynəlxalq koalisiya qüvvələrinin mövcudluğunun sona çatacağını və Ayn əl-Əsəd bazasının yaxın günlərdə təhvil alınacağını deyib.

Baş nazir İraq Kürdüstanı regionunda beynəlxalq koalisiya qüvvələrinin Ərbil bazasının təhvil alınması işlərinə sentyabr ayında başlanacağını diqqətə çatdırıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
115
33
azertag.az

10Mənbələr