ain.az, GlobalInfo saytına istinadən bildirir.
“ABŞ dövlət katibi Marko Rubio Venesuelaya hücumdan sonra onun idarə olunmasında aparıcı rol oynaya bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“Karyerası boyunca Maduro və onun sələfi Huqo Çavesi tənqid edən dövlət katibi Marko Rubio administrasiyada aparıcı rol oynayacaq. Artıq Venesuela idarəetmə komandası formalaşdırılır. Lakin Vaşinqton bu idarəetmənin nələri əhatə edəcəyi barədə az məlumat verib və ABŞ-ın hazırda Venesuelada Amerika qoşunlarının və ya administrasiyasının yerləşdirilməsi ilə bağlı dəqiq planı yoxdur”, – deyə bildirilib.
Qeyd edək ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesuelaya hücum edərək Prezident Nikolas Maduro və həyat yoldaşını ələ keçirib və onları Nyu-Yorka gətirib. Maduronun “Cartel de los Soles” narkotik kartelinə rəhbərlik etmək və digər cinayətlər törətməkdə ittiham olunaraq mühakimə olunması planlaşdırılır.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.