AZ

Maduronun YENİ GÖRÜNTÜLƏRİ yayıldı - ilk sözü bu oldu…


ABŞ Prezidenti Donald Trampın əmri ilə keçirilən əməliyyatla saxlanan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorka aparılıb.

ABŞ torpaqlarına ayaq basan Maduronun yeni görüntüləri yayımlanıb.

Ağ Evlə əlaqəki bir sosial media hesabında Maduronun saxlanılmasının görüntüləri, cinayətkarları təsvir etmək üçün istifadə olunan "Perp walked" ifadəsi ilə paylaşılıb.

Videoda Maduro "Gecəniz xeyirə qalsın, yeni iliniz mübarək" dediyi eşidilir.

ABŞ Prezidenti Tramp Maduronun Nyu-Yorkda mühakimə olunacağını bildirmişdi. CNN International-a danışan bir rəsmi şəxs isə Maduro və Floresin gələn həftə Manhetten Federal Məhkəməsi qarşısına çıxarılacağını bildirib.

TAHİR

Seçilən
96
50
baki-xeber.com

10Mənbələr