ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Katibi Marko Rubio Vaşinqtonun Prezident Nikolas Maduronu ələ keçirməsindən sonra Venesuelanın idarə olunmasında aparıcı rol oynaya bilər.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” yazıb.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Venesuelanı idarə etmək üçün Rubionun da daxil ola biləcəyi "yüksək vəzifəli ABŞ rəsmilərindən" ibarət xüsusi bir komanda yaratmağı planlaşdırır.
Nəşr bildirib ki, Kuba əsilli amerikalı dövlət katibi Marko Rubio uzun müddətdir Florida ştatının cənubundakı kommunist rejiminə son qoymaq istəyini ifadə edir.
Pentaqon rəhbəri Pit Heqset də Venesuela rəhbərliyində təmsil oluna bilər.
Xatırladaq ki, 3 yanvarda ABŞ Venesueladakı hədəflərə zərbə endirib. Amerika qüvvələri paytaxt Karakasda və digər üç ştatda - Mirnada, La Quayra və Araquada hədəflərə zərbə endirib. Şənbə günü Tramp ABŞ qüvvələrinin əməliyyat zamanı Maduro və həyat yoldaşını ələ keçirdiyini və onları ölkədən çıxardığını açıqlayıb. Venesuela Ali Məhkəməsi Respublika Prezidentinin vəzifələrini vitse-prezident Delsi Rodriqezə həvalə edib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.