AZ

İranda daha bir SEPAH üzvü öldürüldü − Etirazlar davam edir


İranda milli valyutanın kəskin ucuzlaşmasından sonra başlayan etiraz aksiyaları 8-ci gündür ki, davam edir.
Yeniavaz.com
xəbər verir ki, dekabrın 28-də başlayan kütləvi etirazlar paytaxt Tehran da daxil olmaqla, ölkənin bir çox şəhərlərinə yayılıb.
Müstəqil media və hüquq müdafiəçilərinin məlumatına görə, təhlükəsizlik qüvvələri kütləvi həbslər həyata keçirir. 
Eyni mənbələrə görə, Zahedandakı etirazlar zamanı azı 6 nəfərin öldüyü təsdiqlənib.
İlam vilayətinin Məlekşahi şəhərində etirazçı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum edərək, SEPAH veteranı polkovnik Lətif Kərimi öldürüb. Həmin toqquşmalar zamanı daha 3 nəfərin dünyasını dəyişdiyi qeyd edilib.
Xatırladaq ki, dekabrın 31-i axşam saatlarında İranın qərbində yerləşən Kuhdəşt şəhərində toqquşmalar zamanı SEPAH-a daxil olan və etirazların dağıdılmasında iştirak 21 yaşlı təhlükəsizlik zabiti öldürülüb.
Seçilən
101
22
yeniavaz.com

10Mənbələr