AZ

“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı

Ajans.az xəbər verir ki, Frankfurt təmsilçisi “Hoffenhaym”ın 2-ci komandasından Ayub Amamuni-Eçquyabı transfer edib. Bu barədə Bendesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Ayub bu mövsüm 18 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. Frankfurt təmsilçisi bir neçə gün əvvəl “Elversberq”dən (Almaniya) hücumçu Yunus Ebnutalibi də transfer edib. 

Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” matçı yanvarın 21-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
101
17
Ajans.az

10Mənbələr