AZ

İran və Venesuela ABŞ-nin hərbi əməliyyatını müzakirə etdi

BAKI, 4 yanvar. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi və venesuelalı həmkarı İvan Xil Pinto telefon danışığında ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə İran XİN rəhbəri məlumat yayıb.

A. Əraqçi ABŞ-nin hərbi müdaxiləsini pisləyərək, Prezident Nikolas Maduro və həyat yoldaşının saxlanmasını dövlət terrorizmi və Venesuelanın suverenliyinə açıq hücum adlandırıb.

O, İranın Venesuela xalqı və seçilmiş hökumətini dəstəklədiyini vurğulayıb. Həmçinin, İvan Xil Pinto İranın prinspial mövqeyinə təşəkkürünü bildirərək ölkəsinin suverenliyini və öz taleyini müəyyən etmək hüququnu qorumağa sadiq olduğunu qeyd edib.

Seçilən
138
50
teleqraf.com

10Mənbələr