Nyu-York şəhərində Venesuela və onun prezidenti Nikolas Maduroya dəstək məqsədilə ictimai mitinqlər keçirilib.
Publika.az xəbər veririk, iştirakçılar ölkənin bayraqlarını dalğalandırıb və rəmzlərinin əks olunduğu plakatlar daşıyıblar.
REN TV etirazların görüntülərini yayımlayıb. Kanalın müxbirinin verdiyi məlumata görə, etirazçılar Maduroya dəstək, Trampa qarşı təhqiramiz şüarlar səsləndiriblər.
Oxşar etirazlar Vaşinqtonda da baş tutub, nümayişçilər Ağ Evin yaxınlığında toplaşıblar. İştirakçılar Venesuelanın daxili işlərinə xarici müdaxiləyə son qoyulmasını tələb edən şüarlar səsləndiriblər. Bir çoxları əllərində ABŞ-ın Cənubi Amerika ölkəsinə qarşı siyasətini tənqid edən plakatlar tutublar.