AZ

ABŞ Venesuelanın gələcəyinin həllində iştirak edəcək “Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Venesuelanın gələcəyi məsələsinin həllində iştirak edəcək.

"Report" xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp "Fox News" telekanalının efirində bəyan edib.

Onun sözlərinə görə, ABŞ Venesuelada prezident Nikolas Maduronun yerini kiminsə tutmasına icazə verərək risk edə bilməz. Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, ABŞ Venesuelanın neft sektorunda iştirak edəcək.

"Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik, lakin buna ehtiyac qalmadı", - Tramp bildirib.

O əlavə edib ki, bir həftə əvvəl Maduro ilə danışıb və onu könüllü təslim olmağa çağırıb, lakin o, bunu etməyə hazır olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
50
azpolitika.info

10Mənbələr