AZ

Astarada ağır qəza: ölənlərin kimliyi bilindi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

18:33

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mersedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Məlumata görə, mikroavtobusun qəzaya uğraması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova ölüb.

Xəsarət alan digər şəxslər xəstəxanadan evə buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
139
41
axar.az

10Mənbələr