AZ

Qar yenidən Quba-Xınalıq yolunda problem yaratdı – FOTO/VİDEO

Bu gün səhər saatlarında qardan təmizlənən Quba-Xınalıq yolunda günün 2-ci yarısı yenidən problem yaşanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək yolun 33-38-ci km-də yenidən qarı yolun işlək hissəsinə sovurub.

Nəticədə yolun bu hissəsində nəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb. Qısa vaxt ərzində Quba 5 saylı yol istismar idarəsinin işçi qüvvəsi yaranan problemi aradan qaldırıb və yol tam açılıb.



Seçilən
94
50
paralel.az

10Mənbələr