AZ

KİV: ABŞ Maduronun saxlanılması üçün daxili kəşfiyyat məlumatlarından istifadə edib

BAKI, 3 yanvar. TELEQRAF

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuela hökumətindəki mənbəyi prezident Nikolas Maduronun saxlanılmasından əvvəl onun hərəkətlərini izləyib və ABŞ-yə kəşfiyyat məlumatları ötürüb.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, MKİ-nin Venesuela hökumətində yerləşən mənbəyi Nikolas Maduronun olduğu yerləri izləyib və təqdim etdiyi kəşfiyyat məlumatları ABŞ-yə onun saxlanılması üzrə əməliyyatı həyata keçirməyə imkan verib.

Bununla yanaşı, "CNN" telekanalı mənbələrə istinadən bildirib ki, əməliyyatda ABŞ Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları da iştirak edib.

"The New York Times" daha əvvəl yazmışdı ki, Maduronun saxlanılması əməliyyatı ABŞ-nin elit xüsusi təyinatlı bölməsi "Delta Force" tərəfindən həyata keçirilib.

Seçilən
117
50
teleqraf.com

10Mənbələr