AZ

Donald Tramp: Maduronun ələ keçirilmə əməliyyatı zamanı bir neçə amerikalı xəsarət alıb

Vaşinqton, 3 yanvar, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduro ələ keçirilərkən bir neçə amerikalı xəsarət alıb.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib. O, əməliyyat zamanı heç bir amerikalının ölmədiyini bildirib.

“Bir neçə nəfər vurulub. Amma onlar geri qayıtdılar və kifayət qədər yaxşı vəziyyətdədirlər”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti əlavə edib ki, əməliyyat zamanı bir helikopter vurulub, lakin heç bir təyyarə itkisi olmayıb.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
95
50
azertag.az

10Mənbələr