ABŞ prezidenti Venesuela hakimiyyətində parçalanma olduğunu iddia edir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində onun administrasiyasının Venesuela hökumətində çalışan və Nikolas Maduronun tərəfində qalmağa qərar verən məmurlara qarşı təqibləri davam etdirə biləcəyini bildirib. Trampın sözlərinə görə, bu şəxslər üçün gələcək son dərəcə pis olacaq.
“Əgər onlar Maduroya sadiq qalsalar, onları çox pis, çox pis bir gələcək gözləyir”, deyə ABŞ prezidenti vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Venesuela hakimiyyətində olan məmurların böyük əksəriyyəti artıq Vaşinqtonun tərəfinə keçib.
Trampın bu açıqlaması Venesuelada hakimiyyət daxilində ciddi parçalanma ehtimalı ilə bağlı müzakirələri daha da gücləndirib. Analitiklərin fikrincə, ABŞ prezidentinin bu cür sərt ritorikası Karakasdakı məmurlar üzərində psixoloji və siyasi təzyiq mexanizmi kimi qiymətləndirilə bilər. Eyni zamanda bu bəyanatlar ABŞ-ın Venesuela böhranında kompromis deyil, təzyiq və məsuliyyətə cəlbetmə xəttini davam etdirdiyini göstərir.
Müşahidəçilər hesab edirlər ki, Tramp administrasiyasının mövqeyi Venesuelada hakimiyyətin gələcək taleyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır və ölkədəki siyasi proseslərin sürətlənməsinə səbəb ola bilər.
Poliqon.info