Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiya və İran ABŞ-ın Venesuelada həyata keçirdiyi hərbi əməliyyatı qınayıb.
Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi hücumu hərbi aqressiya kimi qiymətləndirib.
"Bu səhər ABŞ Venesuelaya qarşı hərbi aqressiya aktı törədib. Bu, dərin narahatlıq və qınağa səbəb olur. Bu cür əməliyyatlara göstərilənlər bəhanələrdir və əsassızdır. İdeoloji əsassız düşmənçilik işgüzar pragmatizmin önünə keçib, etibar və proqnozlaşdırıla bilən əlaqələr qurmağa hazır olmağı əvəz edib," - deyə açıqlamada bildirilir.
Moskva gələcək eskalasiyanın qarşısını almağın və vəziyyətdən çıxış yolunu dialoq vasitəsilə tapmağın vacibliyini vurğulayıb.
"Biz hesab edirik ki, bütün tərəfdaşlar, bir-birinə şikayətləri olanlar, problemləri dialoq yolu ilə həll etməyə çalışmalıdır. Biz onlara bu məsələdə dəstək verməyə hazırıq. Latın Amerikasının 2014-cü ildə özünü sülh zonası elan etdiyi kimi sülh zonası olaraq qalması lazımdır. Venesuelaya öz taleyini müəyyən etmək hüququ təmin edilməlidir, heç bir dağıdıcı, xüsusən də hərbi müdaxilə olmadan", - deyə Rusiya Xarici İşlər Nazirliyində əlavə edilib.
Nazirlik, Venesuela xalqı ilə həmrəylik ifadə edib və Latın Amerikasının dövlət başçılarının BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaqla bağlı bəyanatını dəstəkləyib.
İran Xarici İşlər Nazirliyi də ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatı pisləyib.
"İran, ABŞ-ın Venesuelaya qarşı hərbi hücumunu və ölkənin milli suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasını qətiyyətlə pisləyir," - deyə açıqlamada bildirilib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.