AZ

Sky News: Maduronun “ələ keçirilməsi” iddiasının arxasında gizli razılaşma ola bilər...

Müxalifət mənbələri Maduronun yaxalanması əməliyyatının ABŞ ilə razılaşdırılmış vəziyyətdən çıxış planının tərkib hissəsi olduğunu iddia edir...

Poliqon xəbər verir ki, bu barədə Venesuela müxalifətinə yaxın mənbələr Sky News telekanalına bildiriblər. Kanl qeyd edir ki, bu gün Venesuela lideri Nikolas Maduro və onun həyat yoldaşının “ələ keçirilməsi” kimi təqdim olunan əməliyyat əslində Maduro ilə ABŞ arasında razılaşdırılmış çıxış planının bir hissəsi olub. Mənbələrin iddiasına görə, bu razılaşmanın əsas məqsədi Maduronun Kuba xüsusi bölmələri tərəfindən öldürülməsinin qarşısını almaqdır.

Məlumata əsasən, sözügedən plan çərçivəsində Maduronun təhlükəsizliyinə zəmanət verildiyi və onun sonradan Venesuelada hakimiyyətdə qalan dar çevrəyə qarşı ifadə verə biləcəyi ehtimal olunur. Müxalifətə yaxın mənbələr bildirirlər ki, Maduro bu ifadələr vasitəsilə ölkədə hakimiyyət strukturlarının maliyyələşmə mənbələrini və kölgə mexanizmlərini ifşa edə bilər.

Sky News vurğulayır ki, bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və iddiaların etibarlılığı açıq sual olaraq qalır. Nəşr qeyd edir ki, həm Vaşinqton, həm də Karakas bu iddialarla bağlı açıqlama verməkdən çəkinir.

Siyasi analitiklərin fikrincə, əgər belə bir razılaşmanın mövcudluğu sübuta yetirilərsə, bu, Venesueladakı siyasi böhranın xarakterini köklü şəkildə dəyişə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yeni güc balansı yarada bilər. Lakin hazırkı mərhələdə hadisələrin real mahiyyəti ilə bağlı yalnız ehtiyatlı yanaşma mümkündür.

Poliqon.info

Seçilən
119
50
poliqon.info

10Mənbələr