AZ

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,59 ABŞ dolları və ya 2,42% azalaraq 64,12 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,57%ucuzlaşaraq 62,28 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,82 dollar və ya 5,4% azalaraq, 31,89 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,58 dollar vəya 2,53% azalaraq 60,98 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
144
20
az.trend.az

10Mənbələr