Rusiyanın Ali Məhkəməsi bundan sonra məmurların və ictimai-siyasi xadimlərin tənqidinin ekstremizm hesab olunmayacağını açıqlayıb.
“Yeni Sabah” “Fox News Russia”ya istinadən xəbər verir ki, məhkəmənin izahına görə, siyasi təşkilatların, ideoloji və dini birliklərin, eləcə də siyasətçilərin və ictimai xadimlərin fəaliyyəti ilə bağlı səsləndirilən tənqidi fikirlər, əgər onların səlahiyyətlərinin icrası və statuslarından irəli gələn hərəkətləri ilə əlaqəlidirsə, ekstremizm anlayışına daxil edilmir.
Qeyd edək k, Rusiyada əvvəlki illərdə məmurların tənqidinin ekstremizm kimi dəyərləndirilməsi halları, əsasən, ekstremizmlə mübarizə qanunvericiliyinin geniş və qeyri-müəyyən şərhi ilə bağlı olub. Bəzi hallarda sərt tənqid “sosial qrup” kimi qəbul edilən məmurlara qarşı nifrətin qızışdırılması kimi qiymətləndirilib ki, bu da cəmiyyətdə mübahisələrə səbəb olub.
Nazim Hacıyev
Telegram kanalımız