AZ

ESPN, “Çelsi”nin baş məşqçisi olmayacaq şəxslərin adlarını açıqlayıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Entso Mareskanın işdən çıxarılmasından sonra “Kristal Palas”dan Oliver Qlasner, “Marsel”in baş məşqçisi Roberto De Dzerbi və “Komo”nun çalışdırıcısı Sesk Fabreqas “Çelsi”nin rəhbəri vəzifəsinə namizəd kimi nəzərdən keçirilmir.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, bu vəzifəyə əsas namizəd “Strasburq”un baş məşqçisi Liam Rosenyordur. Rosenyor Fransa klubunun səhmlərinə də sahib olan “Çelsi” rəhbərliyini heyran edib.

Rosenyorun rəhbərliyi altında “Strasburq” 16 oyundan sonra Liqa 1-də səkkizinci yerdədir. Komandanın 23 xalı var və lider “Lans”dan 14 xal geri qalır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
icma.az

2Mənbələr