AZ

Gəncədə 2 maşın toqquşdu - FOTO

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az qafqazinfo-ya xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 

Belə ki, qadın sürücünün idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə “VAZ 21015” markalı maşın toqquşub. Nəticədə 1990-cı il təvəllüdlü Əliyev Şəhriyarın idarə etdiyi avtomobildə olan Ramil Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.

 



 

Seçilən
112
50
avtosfer.az

10Mənbələr