AZ

Rayonlara qar yağır - FAKTİKİ HAVA

Bakı. Trend:

Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli havaşəraiti davam edir.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın2-si saat 14:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında sulu qar,Şahdağ, Xaltan, Xaçmaz, Quba, Qusar, Xınalıq, Kəlbəcər, Laçın,Şuşa, Xankəndi, Qubadlı, Qobustan, Ağsu, Şamaxı, Qəbələ, Gədəbəy,Daşkəsən, Tovuz, Şabran, Altıağac, Göygöl, Yardımlı, Lerik,İsmayıllı, Qax, Şəki, Naxçıvan MR-da qar, Göyçay, Lənkəran,Kürdəmir, Neftçala, Astara, İmişli, Biləsuvar, Sabirabadda isəyağış yağır.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti arabirMingəçevirdə 25, Bakıda və Abşeron yarımadasında 24, Qaxda 23,Culfa, Yevlax, Şabranda 17, Altıağacda 16 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aranrayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıqrayonlarda 9, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxtaqeydə alınır.

Yanvarın 3-dən ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi,əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyigözlənilir.

Seçilən
45
20
az.trend.az

10Mənbələr