AZ

Naxçıvanın bəzi ərazilərində su kəsildi

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

"Unikal" xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsini və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu ərazinin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb.

İşlərin gün ərzində yekunlaşdırılması və suyun əvvəlki rejimlə verilişi nəzərdə tutulur.

Seçilən
12
12
unikal.az

10Mənbələr