AZ

Lənkəranda ev yandı

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.

İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Məlumata görə, ev sahibləri Rusiyada yaşayır. Evdə yaşayış olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
96
50
yenisabah.az

10Mənbələr