AZ

Cəlilabadda yeniyetmə bıçaqlandı

Ajans.az xəbər verir ki, gənclər arasında yaranan mübahisə zamanı Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü Məhəmməd Ruslan oğlu Əsgərli bıçaq xəsarətləri alıb. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin stabil olduğu bildirilir. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
2
Ajans.az

10Mənbələr