Bakı. Trend:
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrəyaşayış minimumunun məbləği müəyyənləşdirilib.
Trend-inməlumatına görə, bu məsələ bu məsələ Prezident İlham Əliyevintəsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayışminimumu haqqında” Qanunda öz əksini tapıb.
Qanuna əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə300 manat, əmək qabiliyyətli əhali üçün317 manat, pensiyaçılar üçün 245manat, uşaqlar üçün 260 manat məbləğində müəyyənedilib.
Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkəüzrə 285 manat, əmək qabiliyyətli əhali üçün305 manat, pensiyaçılar üçün 232manat, uşaqlar üçün 246 manat məbləğində müəyyənedilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumu15 manat, yəni təxminən 5,26 %artırılıb.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.