AZ

İşğaldan azad edilən ərazilərdəki vergi və gömrük güzəştləri Naxçıvana da tətbiq ediləcək

Bakı. Trend:

Bu gündən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilənvergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar NaxçıvanMuxtar Respublikasına münasibətdə də şamil ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksinitapıb.

Qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdəNaxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydadavergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasınınərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başadüşülür.

Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı ilyanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir),əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.

Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslərinsəhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı ilyanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azadedilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisindəyerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olanhüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktorişlərinin görülməsi məqsədilə xammal və materialların idxalı2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinəƏDV-dən azad edilib.

İnvestisiya təşviqi sənədini almış Naxçıvan MuxtarRespublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlartərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal vəxidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal vəmaterialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10il müddətinə ƏDV-dən azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisindəyerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər vəfərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasındaistehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların vəqurğuların, habelə xammal və materialların idxalı 2026-cıil yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azadedilib.

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan Naxçıvan MuxtarRespublikasının rezidentləri tərəfindən siyahısı müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindəntəsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarıüzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habeləxammal və materialların idxalı ƏDV-dən azadedilməyib.

"Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsibarədə Qanun

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisindəyerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olanhüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedicisənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktorişlərinin görülməsi məqsədilə xammal və materialların idxalı2026-cı il yanvarın 1-dən 10 il müddətinə gömrükrüsumlarından azad edilib.

İnvestisiya təşviqi sənədini almış Naxçıvan MuxtarRespublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlartərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal vəxidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal vəmaterialların idxalı 2026-cı il yanvarın 1-dən 10 ilmüddətinə gömrük rüsumlarından azad edilib.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisindəyerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər vəfərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasındaistehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların vəqurğuların, habelə xammal və materialların idxalı 2026-cıil yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarındanazad edilib.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
39
11
az.trend.az

10Mənbələr