AZ

Azərbaycanda bu il kişilərin və qadınların pensiya yaşı bərabər olacaq

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.

Publika.az xəbər verir ki, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq.

Kişilərin pensiya yaşı is dəyişəməyəcək, 65 il olacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Seçilən
47
31
publika.az

10Mənbələr