AZ

Bəzi yanacaq növlərinə tətbiq edilən gömrük rüsumu və aksiz güzəştinin müddəti artırılıb

Bakı. Trend:

Bəzi məhsullara idxal zamanı tətbiq edilən gömrük rüsumu vəaksiz dərəcəsi güzəştinin müddəti artırılıb.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq vəreaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu vəaksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti biril uzadılıb.

Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalıyanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 tonüçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiqedilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın31-dək 1 ton üçün 1 manat aksiz dərəcəsi tətbiqediləcək.

Həmçinin sözügedən məhsullara 15 % idxal gömrükrüsumundan azadolma tətbiq edilirdi. Bu güzəştin müddəti də2026-cı il dekabrın 31-dək uzadılıb.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvartarixindən qüvvəyə minib.

Seçilən
79
38
az.trend.az

10Mənbələr