AZ

“Qalatasaray” Madrid klubunun ulduzuna elçi düşdü

“Qalatasaray” “Atletiko Madrid”in futbolçusu Cakomo Raspadorinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, “Atletiko Madrid”də az oyun şansı əldə edən futbolçunun klubdan ayrıla biləcəyi irəli sürülür. İtaliya mediasının məlumatına görə, “Roma” klubu da futbolçunu transfer etmək istəyir. İspaniya nəhəngi oyunçu üçün 22 milyon avro tələb edir.

Qeyd edək ki, Cakomo Raspadori mövsümün əvvəlində Napoli"dən "Atletiko Madrid"ə 22 milyon avroya və bonuslarla transfer olub. Bu mövsüm iki dəfə fərqlənən və üç məhsuldar ötürmə edən italyan oyunçu "Atletiko Madrid"də 14 oyundan yalnız dördündə start heyətdə yer alıb.

Seçilən
45
5
metbuat.az

10Mənbələr