ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bu gün Yeni il qədəm qoyur. Yeni ildə şam ağacı bəzəmək və şam ağacının ətrafına hədiyyələr yığmaq demək olar ki, bir çox ailələrdə artıq ayinə çevrilib. Hətta bəzi ailələr belə hesab edir ki, şam ağacı bəzədilməsə yeni ili düşündükləri kimi təmtəraqla qarşılaya bilmədikləri üçün il uğursuz da gələ bilərmiş…Şam ağacı bəzəmək, ağacın altına hədiyyələr yığmaq, yeni il keçirmək barədə İslam dini nə deyir?
İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mövzuda danışanda ən böyük problem ondan ibarətdir ki, bəzən bu cəmiyyətdə, çevrəmizdə görürük ki, biz çox vaxt dinin nə dediyini yox, öz həvəslərimizin nə istədiyini danışırıq: “Cəmiyyətin çoxluq hissəsi bu məsələdə dini nəzərə almır. Halbuki din sakitlik, ölçü və hikmət dinidir. Müsəlmanın yeni il ağacı bəzəməsi və yeni ili qeyd etməsi məsələsinə gəlincə, mən bu məsələyə ibadət yox, adət prizmasından baxıram. Yeni il nə Quranda dini bayram kimi təqdim olunur, nə də onu qeyd etmək xüsusi bir ibadət sayılır. Bu, təqvimdə bir rəqəmin dəyişməsidir, zamanın keçməsinin simvoludur. İnsanlar bunu dini ayin kimi yox, ailəvi və ictimai bir ənənə kimi yaşayırlar. Bu baxımdan, yeni il ağacı bəzəmək insanı nə kafir edir, nə də günahkar. Əgər bu işdə dini bir inanc, başqa dinin aqidəsini qəbul etmək niyyəti yoxdursa, burada iman problemi yoxdur”.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.