ain.az, Oxu.az saytına istinadən bildirir.
Dekabrın 30-da saat 17:30-da Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli məlumat verib.

O qeyd edib ki, 77-BJ-013 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib:
"Sürücü əvvəlcə bordürə, daha sonra isə MAN markalı yük maşınına dəyib. Qəza nəticəsində BMW-də olan sürücü və sərnişin xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır".
View this post on Instagram
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.